Azərbaycanda ən yaşlı seçicinin 134 yaşı var

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb.

Azərbaycanda ən yaşlı seçicinin 134 yaşı var
Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb.

meqale.com APA-ya istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib ki, ən yaşı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı seçki məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır.

Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı seçki məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.