Məşhur blogger və müğənnilərin reklam etdiyi Azər İsmayılov saxlanıldı - YENİLƏNİB - VİDEO - FOTO

11:58

Məşhur blogger və müğənnilərin reklam etdiyi Azər İsmayılov saxlanıldı - YENİLƏNİB - VİDEO - FOTO
11:58

Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. 

O, təsisçisi olduğu "iamzerv academy"-nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini A.İsmayılovun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.

A.İsmayılovun əməlləri barədə daxil olan şikayətlər üzrə Polis İdarəsində araşdırmalar davam etdirilir.

09:53

İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.

meqale.com-ın əldə etdiyi məlumata görə, Azər İsmayılov vətəndaşların çoxsaylı şikayətlərindən sonra saxlanılıb. 

Belə ki, onun rəhbərlik etdiyi "iamzervacademy" kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib.

50-dən çox şəxsin bu yolla aldadıldığı bildirilir.

Qeyd edək ki, Azər İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloggerlər və müğənnilər də reklam edib. Bu yolla vətəndaşların inamını qazanıb.