Azərbaycanda yük maşını aşdı - ölənlərin kimliyi bilindi - YENİLƏNİB - FOTO

14:22

Azərbaycanda yük maşını aşdı - ölənlərin kimliyi bilindi - YENİLƏNİB - FOTO
14:22

Şabranda yol qəzasında ölənlərin kimliyi məlum olub.

meqale.com APA-ya istinadən bildirir ki, Bakı-Quba yolunun 104-cü km-də, Şabran rayonunun Ağbaş kəndi ərazisində yük avtomobilinin körpüdən dəmir yolu relslərinin üzərinə düşməsi nəticəsində yanaraq ölənlər Naxçıvan Muxtar Respublikasının sakinləri, avtomobilin sürücüsü 39 yaşlı Rəşid Əskərov və 18 yaşlı İnşallah Məhərrəmovdur.

Onların qohum olduğu bildirilir.

---------- 09:42 Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan meqale.com-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb.

Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

---------- 09:02 Bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən meqale.com-a verilən məlumata görə, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.

Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.

İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib.

Hadisənin baş vermə səbəbləri araşdırılır. ---------  

Bu gün səhər saat 4-5 radələrində Siyəzəndə yük maşını aşıb.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Quba yolunun 104-cü km-də, Siyəzən rayonu ərazisində baş verib.

Hələlik kimliyi məlum olmayan sürücü idarə etdiyi "Shacman" markalı yük maşınını körpüdən aşırıb.

Nəticədə sürücü və yanındakı bir sərnişin alışan maşında yanaraq ölüblər.

Onların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlərə başlanılıb.