Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

"Hicran" tamaşasının Orxanı, Əməkdar artist Bəhram Əliyev vəfat edib.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
"Hicran" tamaşasının Orxanı, Əməkdar artist Bəhram Əliyev vəfat edib.

meqale.com bildirir ki, aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olub. 1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışıb.

1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır. / baku.ws

Allah rəhmət eləsin!