CINEMO İlk Mobil Film Festivalının Münsiflər Heyəti işə başladı
CINEMO Mobil Film Festivalının Münsiflər Heyəti artıq öz işinə başlayıb. Bu barədə festivalın təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: "Mobil filmlərin qəbulu başa çatdıqdan sonra Təşkilat Komitəsi tərəfindən filmlərə baxış keçirilərək onların iştirak şərtlərinə, qoyulan tələblərə uyğunluğu yoxlanmışdır. Beləliklə, festivala daxil olmuş 150 filmdən 71-i qəbul edilmişdir. Qəbul edilmiş filmlər Münsiflər Heyətinə təqdim edilmişdir. Obyektivliyi qorumaq məqsədilə Münsiflər Heyətinin tərkibi səsvermədən sonra açıqlanır. Həmçinin, onu da qeyd etmək istəyirəm ki, Münsiflər Heyəti səsverməni birlikdə deyil, ayrı-ayrılıqda, yəni bir-birlərindən xəbərsiz səs verməklə həyata keçirirlər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edir".
Xatırladaq ki, festival qaliblərini aşağıdakı məbləğlərdə pul mükafatı gözləyir:
"Fikir çəkmə, telefona çək" sloqanlı CINEMO Mobil Film Festivalının məqsədləri gənclərin yaradıcı fəallığının dəstəklənməsi, gənclər arasında mobil film istehsalının populyarlaşdırılması, gənclərin mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarlıması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği, istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş "Yaradıcı Həftə" çərçivəsində start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir.
Qaliblərin Mükafatlandırma Mərasimi Şərqi Avropa və Mərkəzi Asiya üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində https://www.tiktok.com/@tiktoklive_cis canlı yayımlanacaq.
Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın www.cinemoff.com internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:
E-mail: [email protected]
Facebook: https://www.facebook.com/cinemoff
Instagram: https://www.instagram.com/cinemoff/
Youtube: https://www.youtube.com/@cinemoff