“Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var" - Paşinyan
"Dörd kəndin delimitasiyası məsələsinin həll olunmaması Azərbaycana bu məsələnin həllindən daha çox eskalasiya üçün səbəb və imkanlar verə bilər". meqale.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var... Bu riski minimuma endirmək üçün münaqişə potensialının yüksək olduğu yerlərdən başlayırıq ki, vəziyyət nəzarətdə qalsın. Dörd kəndin delimitasiyası məsələsinin həll olunmaması Azərbaycana bu məsələnin həllindən daha çox eskalasiya üçün səbəb və imkanlar verə bilər".