Azərbaycanlı müğənni tanınmış iş adamından olan 3 yaşlı oğlu ilə - VİDEO
Müğənni Vəfa Şərifovanın 3 yaşlı oğlu Məhəmmədlə efirdə görüntüləri izləyicilərin marağına səbəb olub.
meqale.com xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində ilk dəfə olaraq oğlunu efirə çıxarıb. Ana və balanın səmimi, duyğulu anları diqqət mərkəzində olub.
Qeyd edilir ki, Vəfa Şərifova oğlunun efirə gətiriləcəyindən xəbərsiz olub. Bu xoş sürpriz sənətçini kövrəldib və o, canlı yayım zamanı emosional anlar yaşayıb.
Ana-bala arasındakı isti münasibət və təbii görüntülər izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Xatırladaq ki, Vəfa Şərifova övladlarının atasının Famil adlı tanınmış iş adamının olduğunu bildirmişdi.