Bakıda 7 avtomobil tuneldə toqquşdu, xəsarət alan var - FOTO - VİDEO
Bakının Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, qəza Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb. Zəncirvari qəza "Mercedes", "KamAz", "Hyundai", "Nissan" və digər 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Hadisədə "Mercedes" markalı minik avtomobili yararsız vəziyyətə düşüb, sürücüsü isə xəsarət alıb.
Qəza səbəbindən prospektdə tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.