Bakıda bir neçə il əvvəl mümkün deyildi, artıq mümkündür
Paytaxt Bakıda gündəlik həyatdan maraqlı bir mənzərə diqqət çəkib.
meqale.com xəbər verir ki, sosial şəbəkələrdə atanın iki azyaşlı qızı ilə birlikdə velosipedlə şəhər küçələrində hərəkət etdiyi görüntülər yayılıb.
Mütəxəssislərin fikrincə, bu cür görüntülər şəhərdə velosiped infrastruktunun inkişafı ilə birbaşa bağlıdır. Cəmi bir neçə il əvvəl Bakıda belə bir mənzərəni təsəvvür etmək çətin idi. Ayrılmış velosiped zolaqlarının yaradılması isə velosipeddən istifadənin daha təhlükəsiz və əlçatan olmasına imkan verib.
Şəhər sakinləri hesab edirlər ki, velosiped yollarının genişləndirilməsi təkcə nəqliyyat rahatlığı deyil, həm də ailəvi istirahət və sağlam həyat tərzinin təşviqi baxımından mühüm rol oynayır.