Bakıda bizi çox çətin oyun gözləyir - Alonso
Bakıda bizi çox çətin oyun gözləyir.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis səfərə 3 xal üçün yollanacaqlarını söyləyib: "Evə uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik".
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bayer 04" oyunu saat 21:45-də başlayacaq.