Bakıda gənc oğlan özünü binadan atıb

Nizami rayonunda intihara cəhd hadisəsi baş verib.

Bakıda gənc oğlan özünü binadan atıb
Nizami rayonunda intihara cəhd hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Naxçıvanski 95 ünvanında qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Qurbanlı Amin Şair oğlu yaşadığı binanın üçüncü mərtəbəsindən yerə yıxılıb.

Nəticədə o ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.