Bakıda güclü partlayış - 7 nəfər yaralanıb - YENİLƏNİB - VIDEO - FOTO

09:54

Bakıda güclü partlayış - 7 nəfər yaralanıb - YENİLƏNİB - VIDEO - FOTO
09:54

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub.

meqale.com xəbər verir ki, partlayış obyektdə qeydə alınıb. Partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

09:33

Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış olub

meqale.com unikal.az-a istinadən xəbər verir ki, hadisə "AFEN" Plazada baş verib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə meqale.com-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.