Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək
Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki, bizim ikitərəfli ticarətimiz inkişaf etsin.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident Azərbaycan-Pakistan biznes forumunda söyləyib.
Baş nazir, həmçinin bildirib: "Pakistan Ticarət Palatasının nümayəndəliyini Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər". meqale.com