Bakıda qazanxanada partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO

12:02 Bakının Yasamal rayonunda qazanxanada baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu gün saat 03:58 radələrində Yasamal rayonu, İnşaatçılar pr. 11B ünvanında baş vermiş partlayış nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (cinsi kişi) Klinik Tibbi Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Ona döş və belin küt travması diaqnozu qoyulub: "Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb".

------- 07:04 Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.

Hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

Hadisənin təfərrüatı araşdırılır.