Bakıda su borusu partladı - VİDEO

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində su borusu partlayıb.

Bakıda su borusu partladı - VİDEO
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində su borusu partlayıb.

"Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qəsəbənin D massivində Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən həmin xəttə suyun verilişi dayandırılıb.

Əraziyə qəza-bərpa briqadası cəlb olunub.

Hazırda təmir işləri aparılır.