Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldadırmış - həbs olundu
Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.
DİN-dən meqale.com-a bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub.
Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib.
H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.