Bakıda xanım sürücü maşını körpüdə əksinə sürdü - VİDEO
Bakıda qadın sürücünün körpünün üzərində avtomobili hərəkət istiqamətinin əksinə sürməsini əks etdirən görüntülər yayılıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
"Nissan" markalı avtomobilin qadın sürücüsü maşını Xətai rayonu ərazisində - Bakı Əyləncə Mərkəzinin qarşısından Babək prospektinə doğru salınmış körpünün üzərində əksinə sürüb. Onun bu hərəkəti ağır qəza riski yaradıb.
Həmin an lentə alınan videonu təqdim edirik: