Bakıda yük maşını AŞDI - VİDEO

Paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı növbəti dəfə svetofor yararsız vəziyyətə düşüb.

Bakıda yük maşını AŞDI - VİDEO
Paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı növbəti dəfə svetofor yararsız vəziyyətə düşüb.

meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

"Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Əlişir Nəvai küçəsinin kəsişməsində qəza baş verib. Hadisə səbəbindən bir ədəd svetofor dirəyi yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür", - deyə məlumatda qeyd edilib.