Bakıdan Sumqayıta gedənlərə ŞAD XƏBƏR

Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunur.

Bakıdan Sumqayıta gedənlərə ŞAD XƏBƏR
Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunur.

meqale.com xəbər verir ki, görülən işlərdən sonra Xırdalan dairəsində tıxacın azalacağı proqnazlaşdırılır. Əgər əvvəllər adı çəkilən qəsəbədən Bakı-Sumqayıt yoluna çıxan sürücülər Bakı istiqamətinə hərəkət etmək üçün Xırdalan dairəsinə gəlib yenidən geri dönürdülərsə, dəyişiklikdən sonra buna ehtiyac qalmayacaq. 

Hazırda adı çəkilən küçələrin kəsişməsində işıqfor qoyulur, nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətini təmin etmək üçün işlər aparılır. Buna sevinən ən çox bu yoldan istifadə edənlərdir. 

Mütəxəssislərin sözlərinə görə, paytaxtda müxtəlif ərazilərdə belə yol kəsişmələri var. Onların hər birində belə yollara əl atmaq mümkün deyil. Çünki yol hərəkəti təşkil edilən zaman nəqliyyat vasitələrinin təhlükəsizliyi əsas götürülür. 

Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, əvvəl də bu yolda belə şərait var idi. Sadəcə indi tətbiq olunması həm orda yaşayanlar üçün, həm də o yoldan istifadə edənlər üçün çox sərfəlidir. 

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, ərazidə avtobus dayanacağı məntəqələrinin yeri optimallaşdırılacaq, yeni yol nişanları quraşdırılacaq və nişanlanma xətlərini təşkil ediləcək.