“Baku Open Dance Championship 2024” müsabiqəsi baş tutdu - FOTO

"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Asssosasiyası"nın birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında "Baku Open Dance Championship 2024" beynəlxalq dərəcəli rəqs müsabiqəsi keçirilib.

“Baku Open Dance Championship 2024” müsabiqəsi baş tutdu - FOTO
"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Asssosasiyası"nın birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında "Baku Open Dance Championship 2024" beynəlxalq dərəcəli rəqs müsabiqəsi keçirilib.

Müsabiqəyə Bakı şəhərinin rəqs məktəblərindən, mədəniyyət evlərindən, respublikamızın regionlarından, həm də Belarusiyadan 1000-dən çox iştirakçı qatılıb.

Qeyd etmək yerinə düşər ki, məhz bu müsabiqə üçün Belarusiyadan paytaxt şəhərimiz Bakıya gələn iştirakçılara Rima İsgəndərova tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında ustad dərsi keçirilib.

"Baku Open Dance Championship 2024" müsabiqəsində iştirakçılar müxtəlif yaş qruplarına bölünərək Folklor Etnik, Folklor Stilizasiya, Folklor Show, Dünya Xalqları Rəqsi, Hip-hop Show, Showdance, Bollywood, Klassik Hind rəqsi, Akrobatik\gimnastik rəqs, Cheer Dance, Klassik rəqs növləri üzrə 4 hissədən ibarət olmaqla solo, duet, kiçik və böyük qruplar, ansambl və böyük ansambl formasında çıxış ediblər.

Qaliblər münsif heyətinin- Azərbaycan Rəqs Asosassiyasının vitse-prezidenti, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ülviyyə xanım Həsənovanın, Azərbaycan Dövlət "Cəngi" rəqs ansamblının baş baletmasteri Fərhad Əliyevin, Əməkdar artist Fərid İbrahimovun peşəkar dəyərləndirməsi nəticəsində müəyyən edilib.

Müsabiqənin qaliblərinin mükafatları "Azərbaycan Gənclər İttifaqı"nın sədri Zakir Əliyev tərəfindən təqdim olunub.

Mükafatlandırma zamanı layihənin rəhbəri, "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov öz çıxışında müsabiqənin əhəmiyyətindən bəhs edib: "Müsabiqənin təşkilində məqsəd istedadlı uşaqlara və gənclərə dəstək göstərmək, onların səhnəyə çıxmaları və özlərini inkişaf etdirmələrinə şərait yaratmaqdan ibarətdir. Ən əsası mədəni dəyərləri daha da gücləndirmək, rəqs incəsənətinin mahiyyətini təqdim etməkdir".

Zakir Əliyev isə qeyd edib: "Öncəliklə, bütün qaliblərimizi təbrik edirəm! Onlara yeni qələbələr və nailiyyətlər arzu edirəm! Növbəti beynəlxalq müsabiqələrimizə isə digər ölkələrin təmsilçilərini də gözləyirik. Azərbaycanı təmsil edəcək komandaları da beynəlxalq müsabiqələrdə görmək istəyirik. Əminik ki, rəqqaslarımız ölkəmizi dünyanın hər yerində layiqincə təmsil edəcəklər".

Bunu da əlavə etmək lazımdır ki, "Baku Open Dance Championship 2024" müsabiqəsinin çempionları ən çox nominasiya üzrə qabiliyyətlə Azərbaycandan "Qaval" və "Xəmsə", Belarusiyadan isə "Darling" və "Strekozza" komandaları olub.