“Bakubus” avtobusu ağır qəza törətdi - FOTOlar
Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində "Bakubus"a məxsus marşrut avtobusu ağır qəza törədib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, 3 saylı xəttə məxsus avtobus 7-ci mikrorayon ərazisində sürücünün idarəetməsindən çıxıb. Nəticədə avtobus hasara çırpılıb və yararsız vəziyyətə düşüb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilməyib.