Baronessa Manzila Uddin İlham Əliyevə təbrik məktubu göndərib

Böyük Britaniya parlamentinin Lordlar Palatasının və Azərbaycanla dostluq qrupunun üzvü Baronessa Manzila Uddin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Seçkilərdə qələbəniz münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Bu, Sizin Azərbaycana və xalqınıza çox uğurlu xidmətinizin və liderliyinizin təsdiqidir.

Sizinlə Londonda görüşməyimi və ya ən yaxın zamanda Azərbaycana səfər etməyimi səbirsizliklə gözləyirəm.

Müqəddəs Ramazan ayının başlaması münasibətilə Zati-alinizə və xanım Mehriban Əliyevaya ən xoş arzularımı çatdırıram. Sizə və Azərbaycan xalqına Allahdan firavanlıq və əmin-amanlıq diləyirəm".

meqale.com