"Barselona" Levandovskinin yerinə oyunçu TAPDI

İspaniya çempionu "Barselona" polşalı hücumçu Robert Levandovskinin yerinə əsas namizədlərdən biri kimi "Yuventus"un hücumçusu Duşan Vlahoviçi nəzərdən keçirir.

İspaniya çempionu "Barselona" polşalı hücumçu Robert Levandovskinin yerinə əsas namizədlərdən biri kimi "Yuventus"un hücumçusu Duşan Vlahoviçi nəzərdən keçirir.

meqale.com-ın xəbərinə görə, Vlahoviçin Turin klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

"Barselona" serbiyalı futbolçunu bu yay pulsuz transfer etmək və ya qış transfer pəncərəsi zamanı əlverişli şərtlərlə transfer danışıqları aparmaq istəyir. Kataloniya klubu artıq danışıqlara başlayıb.