"Barselona" və "PSJ"dən qələbə, "Qarabağ"ın rəqibi uduzdu

UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura start verilib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura start verilib.

meqale.com xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

"Arsenal" evdə "Atletiko"nu, "Barselona" isə "Olimpiakos"u qəbul edib. "Qarabağ"ın rəqiblərindən "Napoli" səfərdə PSV-nin qonağı olub.

PSJ Almaniyada "Bayer 04"lə, "Mançester Siti" isə İspaniyada "Vilyarreal"la üz-üzə gəlib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

III tur

"Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) - 6:1

"Kayrat" (Qazaxıstan) - "Pafos" (Kipr) - 0:0

"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) - 4:0

"Bayer 04" (Almaniya) - PSJ (Fransa) - 2:7

"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2

PSV (Niderland) - "Napoli" (İtaliya) - 6:2

"Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4

"Yunion" (Belçika) - "İnter" (İtaliya) - 0:4

"Nyukasl" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:0