Məsut Özil Almaniya millisinə qayıdır
Yayda İngiltərə xüsusi turnirə ev sahibliyi edəcək.
meqale.com apasport.az-a istinadən xəbər verir ki, yaşı 35-dən yuxarı olan oyunçulardan ibarət Dünya Kuboku təşkilatı keçiriləcək.
Almaniya millisi ilə vidalaşması xoşagəlməz olsa da, keçmiş uğurları ilə tarixə düşən Məsut Özil də turnirdə iştirak edəcək.
Almaniyanın heyətində Sami Xedira və Kevin Kuranyi kimi adların da yer alacağı bildirilib.
Qeyd edək ki, Özil milli forma ilə 92 oyun keçirib və 2014-cü ildə Dünya Kubokunun qalibi olub.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun