"Bavariya" yeni baş məşqçisini açıqladı

Vinsan Kompani "Bavariya"nın baş məşqçisi təyin olunub.

Vinsan Kompani "Bavariya"nın baş məşqçisi təyin olunub.

meqale.com oxuya istinadən xəbər verir ki, "Börnli"ni çalışdıran 38 yaşlı belçikalı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Daha əvvəl "Bavariya"nın Kompani üçün "Bernli"yə 10-15 milyon avro ödəyəcəyi bildirilirdi.

Kompani bu mövsüm "Bavariya" ilə heç bir kubok qazana bilməyən Tomas Tuxeli əvəzləyib.

Qeyd edək ki, Vinsan futbolçu kimi "Anderlext" (2002-2006; 2019-2020), "Hamburq" (2006-2008) və "Mançester Siti"də (2008-2019) çıxış edib.

2020-ci ildən 2022-ci ilə qədər o, doğma "Anderlext" klubunu çalışdırıb, daha sonra "Börnli"də işləyib. 2023/24 mövsümünün sonunda İngiltərə klubu 19-cu yeri tutub və Premyer Liqadan aşağı liqaya düşüb.