Bayden və Zelenski son 6 gündə ikinci dəfə görüşür

ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenski iyunun 13-də İtaliyada keçiriləcək G7 sammiti çərçivəsində görüşəcəklər.

Bayden və Zelenski son 6 gündə ikinci dəfə görüşür
ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenski iyunun 13-də İtaliyada keçiriləcək G7 sammiti çərçivəsində görüşəcəklər.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

"Bu görüşdən sonra hər iki lider mətbuat konfransında iştirak edəcək", - o vurğulayıb.

Qeyd edək ki, Zelenski ilə Bayden arasında sonuncu görüş bu ayın 7-si Parisdə baş tutub.