“Baykar” İtaliyanın “Piaggio Aerospace” aviasiya şirkətini alır

"Baykar" İtaliyanın aviasiya nəhəngi "Piaggio Aerospace"in yeni sahibi olacaq.

“Baykar” İtaliyanın “Piaggio Aerospace” aviasiya şirkətini alır
"Baykar" İtaliyanın aviasiya nəhəngi "Piaggio Aerospace"in yeni sahibi olacaq.

meqale.com xəbər verir ki, İtaliyanın Müəssisələr Nazirliyi "Piaggio Aerospace" şirkətinin Baykara satışını təsdiqləyib.

1884-cü ildə qurulan İtaliyanın köklü aviasiya şirkəti "Piaggio Aerospace"i almaq üçün keçirilən tenderdə dünyanın ən böyük silahlı pilotsuz uçuş aparatı (UCAV) şirkəti "Baykar" ən yaxşı təklifi verən şirkət olub. Mübahisəli proses olan tenderdə Baykar müxtəlif ölkələrdən təklif verən rəqiblərini geridə qoyaraq qalib gəlib.

Aviasiya sənayesində "Göyün Ferrarisi" kimi tanınan "P.180 Avanti" biznes təyyarələri elə bu şirkətə məxsusdur. Bu satınalma ilə "Baykar" "Piaggio"nun tarixi irsini qoruyaraq və istehsal gücünü gücləndirməklə yanaşı, Avropa aviasiya bazarındakı təsirini artıracaq. Baykarın gələcək vizyonu ilə yanaşı, İtaliyada şirkətin təmin etdiyi məşğulluğu artırmaq da hədəflənir.