Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB

00:19 -------

Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB
00:19 -------

Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yaralı sayı 111 nəfər təşkil edir.

19:34 ------- Ukrayna Silahlı Qüvvələrinin (AFU) Belqorod şəhərini atəşə tutması nəticəsində azı 14 nəfər həlak olub.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

"Yenilənmiş məlumata görə, Belqorodda 12 böyük və 2 uşaq ölüb. Daha 108 nəfər, o cümlədən 15 uşaq xəsarət alıb", - nazirlikdən bildiriblər. 17:53 -------

Rusiyanın Belqorod şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ölən və xəsarət alanların sayı artıb.