"Beşiktaş" Avropayla vidalaşdı, "Fənər" və "Qalatasaray" pley-off mərhələsində
Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin sonuncu - VIII turunun oyunları keçirilib.
meqale.com xəbər verir ki, Türkiyə klubları "Beşiktaş" "Tvente"nin, "Qalatasaray" "Ayaks"ın, "Fənərbaxça" isə "Midtyullan"ın qonağı olub.
"Qara qartal"ın matçı olduqca gərgin keçib. Komanda səfərdə məğlub olub - 0:1. Bu nəticə ilə "Beşiktaş" turnirlə vidalaşıb.
"Qalatasaray" "Ayaks"ı sınağa çəkib. Niderlandlıların dominant olduğu matçda "Ayaks" 2:1 hesabı ilə qələbə qazanıb. "Sarı-qırmızılılar"ın gücü yalnız təsəlli qoluna çatıb. Viktor Osimhen fərqlənib.
Digər Türkiyə təmsilçisi "Fənərbaxça" isə səfərdə "Midtyullan"ın qonağı olub. "Sarı-lacivərdlilər" 0:1 hesabı ilə geri düşsələr də, Yusif En-Nesrinin və Edin Cekonun qolları ilə önə çıxıblar. Lakin "Fənər" bu hesabı qoruya bilməyib. Görüş 2:2 hesablı heç-heçə ilə bitib.
UEFA Avropa Liqası Liqa mərhələsi
VIII tur
30 yanvar