Şahruddin bir neçə ay oynamayacaq

Azərbaycan yığmasının Fransaya qarşı keçirdiyi matçda zədələnən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Şahruddin bir neçə ay oynamayacaq
Azərbaycan yığmasının Fransaya qarşı keçirdiyi matçda zədələnən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

meqale.com xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

O bildirib ki, 31 yaşlı çərçivə qoruyucusunun sol bud çanağında zədəsi var.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində millimizin Fransaya 1:3 hesabı ilə uduzduğu oyunda zədələnmişdi və qarşılaşmanın fasiləsində Aydın Bayramovla əvəzlənmişdi.