"Beşiktaş" "Benfika"nın ulduzunu transfer etdi
Türkiyə mətbuatı Juan Mariunun "Beşiktaş"a transferinin yekunlaşmaq üzrə olduğunu və qısa zamanda açıqlanacağını bildirib.
meqale.com oxuya istinadən xəbər verir ki, heyətində böyük dəyişikliklər edən "Benfika"dan ayrılacaq növbəti oyunçu Juan Mariu olub.
31 yaşlı hücumameyilli yarımmüdafiəçinin "ağ-qaralar"la müqavilə imzalamaq üçün bu gün İstanbula gələcəyi bildirilib.
Qeyd edək ki, Juan Mariu "qara qartallar"la üçillik müqavilə imzalayacaq.