Bir gündə iki yeniyetmə bıçaqlandı - Saxlanılanın 14 yaşı var
Noyabrın 22-də saat 22 radələrində Mingəçevir şəhərində 2008-ci il təvəllüdlü E.Sarıyev kəsici alətlə qətlə yetirilib.
meqale.com xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
-------- Mingəçevirdə məktəbli bıçaqlanıb.
APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, 2008-ci il təvəllüdlü Sarıyev Elman Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
----------- Gəncədə bıçaqlanma hadisəsi baş verib.
meqale.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü N. Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.