"Ani gedişinə səbəb olanları Allaha həvalə edirəm"
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.
meqale.com xəbər verir ki, Xalq artisti Azərin sosial media hesabında Könüllə bağlı paylaşım edib:
"Canım Könülüm, son üz-üzə görüşümüz Ankarada baş tutan o möhtəşəm dəfilən olmuşdu. Sonralar isə telefon danışıqlarımız, səmimi söhbətlərimiz davam etdi. Gərgin iş rejiminə baxmayaraq, dəfələrlə mənim konsert və verilişlərim üçün o zəhmətkeş əllərinlə milli naxışlarımızla bəzədilmiş libaslar hazırlamısan. Sonuncu dəfə danışanda noyabrın sonunda yenidən Ankaraya gələcəyini söyləmişdin.
Sən dünyanın ən xeyirxah insanısan - içində kədər olsa belə, bunu kimsəyə hiss etdirməyən, çöhrəsi daim gülən, ikili münasibətlərdə qarşılıq gözləmədən insanlara əl uzada bilən, qocaman qəlbli bacım. Hara getsən, Azərbaycanın dəyərlərini düşünən, bunu işinə yansıdan vətənpərvər Könülüm. Nə yazsam, nə desəm, içimdəki kədəri, ürəyimdəki yanğını ifadə edə bilməyəcəyəm.
Allah səni cənnəti ilə mükafatlandırsın. Əbədi dünyada ruhun şad olsun. Bu ani gedişinə səbəb olanları Allaha həvalə edirəm. Rəbbimdən bircə gül balan - Ləmana şəfa diləyirəm. Allah onu ailəsinə və yaxınlarına bağışlasın. Əlvida, Könülüm".
Aparıcı Saleh Bağırov isə K.Vəlibəyli ilə dünən günorta saatlarında görüşdüyünü yazıb: