Samirə Erməni təmsilçiyə ən yüksək xalı verdi - VİDEO
Astanada təşkil olunan beynəlxalq musiqi müsabiqəsinin final mərhələsi gözlənilməz anlarla yadda qalıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək xal olan 12 bal verib.
Nəticələrin açıqlanması zamanı Samirə Əfəndinin Saro Gevorkyanı səhnədə qucaqlaması isə final gecəsinin ən çox müzakirə olunan məqamlarından biri olub. Bu davranış sosial şəbəkələrdə geniş rezonans doğurub.