“Zəng etdilər ki, uşağınız dördüncü mərtəbədən özünü atıb” - VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 19-da Bakıda yerləşən "Təmiz Dünya" Qadınlara Yardım İB-nin sığınacağında yaşayan 16 yaşlı Nurcan Cəfərova həyatını itirib.

meqale.com xəbər verir ki, ölən azyaşlının qohumları APA TV-yə açıqlamasında yeniyetmənin insan alverinin qurbanı olduğunu iddia ediblər.

Qızın babası Nazim Orucovun sözlərinə görə, əgər o dördüncü mərtəbədən yıxılıbsa, onun bədənində hər hansı bir zədə olardı:

"Zəng etdilər ki, uşağınız dördüncü mərtəbədən özünü atıb. Bakıya getdim, qoymadılar üzünə baxım uşağımın. Düşən yeri göstərmədilər. Üzünü açdılar, amma təmiz baxmağa qoymadılar. Mənə dedilər 100 manat nəvənin "yetimpulu"dur. 40 manatı özləri xərcləmişdilər".

Qeyd edək ki, Təmiz Dünya" Qadınlara Yardım İB-nin rəhbəri Mehriban Zeynalova insan alveri iddiaları ilə bağlı bildirib ki, hazırda istintaq davam edir.