Birinci Qarabağ müharibəsi şəhidi Ədalət Əliyev dəfn olundu
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Ədalət Veysəl Oğlu Əliyevin qalıqları torpağa tapşırılıb.
                        meqale.com Trend-ə istinadən xəbər verir ki, şəhid Ədalət Əliyevlə Tərtər rayonunda vida mərasimi keçirilib.
Şəhidin qalıqları Tərtər rayonununda yerləşən Tərtər şəhər qəbiristanlığında dəfn olunub.
Şəhidin yaxınları bildirib ki, Ədalət Əliyev 1994-cü ildə birinci Qarabağ müharibəsində Kəlbəcər, Murov dağı istiqamətində itkin düşüb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Ədalət Əliyevin Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.