Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən Atayev Atakişi Qəhrəman oğlunun nəşinin qalıqları torpağa tapşırılıb.

Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən Atayev Atakişi Qəhrəman oğlunun nəşinin qalıqları torpağa tapşırılıb.

meqale.com Trend-ə istinadən bildirir ki,  şəhidin dəfninə ailə, yaxın qohumları və ictimaiyyət nümayəndələri qatılıb.

Şəhid Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, o, 1992-ci ildə Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşmüşdü.