BMT-nin Qəzzadakı qonaq evinə hücum - Ölən və yaralılar var
BMT-nin Qəzzadakı Layihə Xidmətləri Ofisinə (qonaq evinə) hücum edilib, ölən və yaralılar var.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında Baş katib Antonio Quterreşin bəyanatını səsləndirib.
Qeyd olunub ki, insident zamanı 1 əməkdaş öldürülüb, 5-i isə ağır yaralanıb.
Quterreş qonaq evinə edilən hücumu pisləyib və hərtərəfli təhqiqatın aparılmasını tələb edib.