BMT yalnız müəyyən münaqişələri diqqətdə saxlayır - Csaba Körösi
BMT yalnızca müəyyən münaqişələri diqqətdə saxlayır.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
"Dünyada münaqişələrin sayı çoxdur və artır. Bu böhranları və münaqişələrinin birini digərindən üstün görməli deyilik. İnsan həyatlarını düşünməliyik.
Böhranın idarə edilməsi gün keçdikcə fərqlənir. Gələcəkdə böhranın həll yolu üçün köhnə yanaşmalardan istifadə etməməliyik. Biz BMT olaraq böhranları idarə edə bilmirik. Bu, insanların həyatını 90 faiz təhlükədə qoyur. Biz sadəcə danışırıq, əməldə isə heç nə göstərmirik", - deyə o bildirib.