Bu gün Nərimanovda qaz olmayacaq
Bu gün Bakının Nərimanov rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə meqale.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, Nərimanov rayonu, Keşlə qəsəbəsi, H.Əliyev prospekti 193 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar martın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.