Bu gün ölkədə qısa iş günüdür
Azərbaycanda bu gün qısa iş günü tətbiq olunur.
meqale.com xəbər verir ki, sabahdan Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunacaq.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayramqabağı günlərdə iş müddəti bir saat azaldılır.
Bayramqabağı günlərin qısa iş günü olması əməkhaqqına təsir etmir, işçilər həmin gün üçün normal əməkhaqqı alırlar.
Qeyd edək ki, sabahdan ölkədə 5 günlük tətil başlayır və yanvarın 5-i Yeni ilin ilk iş günü olacaq.