Falçının arxivdə gizlədilən proqnozu tapıldı - 26 fevral, 2026-cı ildə…
1974-ci ildə vəfat etmiş Volf Messinq fevralın 26-dan bir gün əvvəl dünyada bütün rabitə sistemlərinin tamamilə sıradan çıxacağını proqnozlaşdıb-daha nələr olacaq?
meqale.com xəbər verir ki, onun öncəgörmələri DTX arxivlərində gizlədilib. YouTube-dakı "Mənim SSRİ-im" kanalı keçmiş kəşfiyyatçı Aleksey Sokolova istinadən verdiyi məlumata görə, Volf Messinqin proqnozları SSRİ-nin baş katibi Leonid Brejnevin tərəfdən şəxsən "məxfidir" qrifli ilə möhürlənib və indiyədək də Lubyankada saxlanılıb. İddia olunur ki, həmin məxfi zərfdə Volf Messinqin proqnozu barədə yazılıb.
Həmin öncəgörmədə deyilir: "26 fevral 2026-cı ildə Rusiyanın taleyi həll olunacaq. Mavi gözlü insan müharibə və sülh arasında seçim qarşısında qalacaq. Onun qərarı bəşəriyyətin 2027-ci ilə qədər yaşayıb-yaşamayacağını müəyyən edəcək. Həmin gün bütün dünyanı lərzəyə salacaq hadisə baş verəcək".
Mesajın daha yaxından təhlili göstərir ki, Messinq 2026-cı ili bütün dünya üçün dönüş nöqtəsi kimi görür. Onun sözlərinə görə, dünyada Qartal (ABŞ), Əjdaha (Çin), Ayı (Rusiya) birləşəcək. Amma əsl təhlükə dördüncü qüvvədir. Messinq o qüvvələri "ölkələri idarə edən qızıla və informasiyaya sahibi vətənsizlər" adlandırıb. "Onlar bu nəhəngləri müharibədə bir-birinə qarşı qoymağa çalışacaqlar. Beləliklə, 2026-cı ilin fevralında bəşəriyyət öz tarixində böyük bir seçim qarşısında qalacaq. 2026-cı ilin fevral ərəfəsində səmada kometanın görünməsi qlobal dəyişikliklərin xəbərçisi olacaq. Bu İlahidən bir xəbərdarlıq olacaq". O, həmçinin fevralın 26-dan bir gün əvvəl dünyada bütün rabitə sistemlərinin tamamilə sıradan çıxacağını proqnozlaşdır.
Volf Messinq onu da proqnozlaşdırıb ki, əgər bəşəriyyət sülh yolu ilə getsə və gələcək inkişafı seçsə, insanlar 2040-cı ildə ulduzlara səyahət edə, qocalmağa qalib gələ və istənilən xəstəliyi müalicə etmək üçün texnologiyalar inkişaf etdirə biləcək.
Əks halda, Messinq bəşəriyyətin Daş dövrünə geriləyəcəyini söyləyib.
Bundan başqa, məlumdur ki, 26 fevral 2026-cı il unikal astronomik hadisə gözlənilir: Mars, Yupiter, Saturn, Uran və Neptun bir bürcdə - Dolça bürcündə düzləşəcək. Bu, son iki minillikdə yalnız bir dəfə - İsa Məsihin doğulduğu zaman baş verib.