Bu gün “Qarabağ” son oyununa çıxır

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.

Bu gün “Qarabağ” son oyununa çıxır
Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.

meqale.com xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da sonuncu - 8-ci turun oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Yunanıstan səfərində "Olimpiakos"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar 2022-2023 mövsümündə də Avropa Liqasında üz-üzə gəlib. "Qarabağ" qrup mərhələsinin Yunanıstandakı oyununda rəqibini 3 cavabsız qolla məğlub edib. Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınmışdı.

Bugünkü oyun isə "Qarabağ" üçün formal xarakter daşıyacaq. 3 xalla 34-cü pillədə olan komandanın pley-off şansı qalmayıb. Ötən mövsüm Konfrans Liqasının qalibi olan "Olimpiakos" isə 12 xalla 12-ci pillədədir və ən azı pley-offu təmin edib.

31 yanvar, Avropa Liqası Liqa mərhələsi, 8-ci tur

00:00.

"Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Redu Petresku (Rumıniya)

Pirey. "Georgios Karaiskakis" stadionu