Bu ölkə İsraillə diplomatik əlaqələri kəsdi
Kolumbiya İsraillə diplomatik əlaqələri dayandırıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro Əmək Günü münasibətilə keçirilən yürüşdə çıxışında deyib.
O, bu qərarın İsrailin Qəzzadakı əməliyyatları ilə əlaqələndirib:
"İsrail dövləti ilə diplomatik əlaqələr kəsiləcək. Fələstin məhv olarsa, bəşəriyyət məhv olar və biz onun məhv olmasına imkan verməyəcəyik".