Bu rok qrupu bir gündə üç qitədə çıxış etdi- Təkrarlanmayan REKORD
İlk baxışdan 24 saat ərzində üç qitədə konsert vermək mümkün deyil. Ancaq bunu bacaran bir musiqi qrupu var.
meqale.com lente istinadən bildirir ki, söhbət Britaniyanın kult rok qrupu "Def Leppard"dan gedir.
Musiqiçilər bu rekorda 1995-ci ildə nail olublar.
Əvvəlcə musiqiçilər Londondan Mərakeşin şimalındakı böyük Tanjer şəhərinə yollanıblar. Uçuş 3 saat davam edib.
Afrikada konsert verdikdən sonra "Def Leppard" qrupunun üzvləri Britaniya paytaxtına qayıdıb və burada daha bir konsert veriblər.
Həmin gün musiqiçilər Kanadanın Vankuver şəhərinə getməyi bacarıb, burada da canlı ifa ilə pərəstişkarlarını sevindiriblər.