Bu şəhərdə meyitləri oğurlayırlar
Novosibirskdə ölən şəxslərin cəsədlərinin "oğurlanması" halları artıb.
Meyitlərin daşınması üzrə bələdiyyə xidmətinin nümayəndəsi Dmitri Zverev bildirib ki, "qara dəfn təşkilatçıları" mərhumun və onların qohumlarının şəxsi məlumatlarına çıxış əldə ediblər.
"Hər bir zəng dispetçer xidməti tərəfindən qeydə alınır. Eyni zamanda, evakuasiya xidməti gələnə qədər dəfn agentlərinin mərhumun olduğu ünvana gəlməsi hallarına rast gəlirik", - o, izah edib.