Bürclərə uyğun avtomobil markaları

2025-ci ildə ən çox qəzalara Oğlaq və Şir bürcləri altında doğulan sürücülər səbəb olublar.

Bürclərə uyğun avtomobil markaları
2025-ci ildə ən çox qəzalara Oğlaq və Şir bürcləri altında doğulan sürücülər səbəb olublar.

meqale.com xəbər verir ki, Rusiyanın "VSK Sığorta Evi"nin analitikləri icbari avtomobil sığortası (OSAGO) üzrə illik statistikanı təhlil etdikdən sonra belə qənaətə gəliblər.

Nəticələrə əsasən, 2025-ci ildə ən çox qəzaya meyilli 5 bürc Oğlaq, Şir, Buğa, Qoç və Xərçəng olub. Onlar bütün qeydə alınan qəzaların 44%-dən çoxunu törədiblər. Analitiklər həmçinin qeyd edirlər ki, əvvəlki ilin analoji reytinqi ilə müqayisədə Əkizlər ilk beşlikdən çıxıb, Əqrəblər və Oxatanlar isə ən diqqətli sürücülər olublar.

Yaş qruplarını nəzərə alaraq, sığortaçılar 40-49 yaş arası avtomobil sahiblərini, xüsusən də Şir və Qoç bürclərindən olanları ən təhlükəli sürücülər adlandırıblar. Oxatan və Əqrəb bürcləri altında doğulmuş 29 yaşdan kiçik sürücülərin qəzaya düşmə ehtimalı isə ən aşağı səviyyədədir.