ÇAXAL açıqladı: 20 radikalı məhv etdik!
İsrail ordusu İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin və Tulkərm şəhərlərində iki günlük antiterror əməliyyatı zamanı 20 silahlı radikalı məhv edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail müdafiə qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Bundan başqa, hərbçilər terror fəaliyyətində iştirakda şübhəli bilinən 17 nəfəri saxlayıblar.
Hazırda əməliyyat davam edir",- məlumatda deyilir.