“Çətin ki, bu, Ermənistanın maraqlarına cavab versin”
"Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması çətin ki, Ermənistan və onun vətəndaşlarının təhlükəsizliklə bağlı maraqlarına cavab versin".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı qərarlar qurumlararası işin yekununda qəbul ediləcək.
Zaxarova qeyd edib ki, İrəvanda "Zvarnots" aeroportundan rusiyalı sərhədçilərin çıxarılması ilə bağlı Rusiyaya qurum xətti ilə bildiriş göndərilib: "Moskva diplomatik kanallar vasitəsilə heç nə almayıb".